Qarabağ əlilini Sumqayıt yolunda maşın vurub öldürdü - FOTO/VİDEO

Bakıda Qarabağ əlilini avtomobil vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.

Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə hərəkətdə olan zaman onun anidən qarşısına piyada çıxıb.

Nəticədə o, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Sürücü saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.