Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Əli Hüseynovun Oxu.Az-a verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.
Buna görə də H.Quliyev barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, hadisə 2017-ci il dekabrın 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək “Mercedes” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə 5 nəfər ölüb.
H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, daha əvvəl bu işə baxılan zaman təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov vəsatət qaldırıb. O, cinayət işinin düzgün araşdırılmadığını və işin yenidən prokurorluğa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb.