Əli Əhmədovun çağırışından sonra bir milyondan çox pul toplanıb

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il avqustun 1-dək 101.775.225,87 AZN, 213.577,88 ABŞ dolları, 17.266,0 avro və 5000,0 rubl vəsait daxil olub.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, iyun ayının 28-də Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov YAP üzvlərini Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət etmişdi. Bundan sonra bir sıra tanınməş şəxslər bu kampaniyaya dəstək verdilər. Bəs Ə. Əhmədovun çağırışından sonra fonda nə qədər pul köçürülüb?

“Yeni Sabah” xəbər verir ki, Müdafiə Nazirliyinin iyulun 1-də açıqladığı məlumata görə, Silahlı Qüvvələrin Yardım Fonduda 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16936,0 avro və 5000,0 rubl vəsait olub.

1 iyul və 1 avqustda açıqlanan məbləğləri müqayisə etddikdə Ə. Əhmədovun çağırışından sonra fonda aşağıdakı məbləğdə pul köçürüldüyünü söyləmək olar:

1 milyon 32 min 891 manat

330 avro

ABŞ dolları və rus rublu məbləği dəyişməyib.