Cəlilabadda dişini çəkdirmək istəyən pasiyent komaya düşüb.
Vüqar Mürsəlov küçəsi 44 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişi ağrıdığı üçün rayondakı stomatoloji məntəqələrdən birinə müraciət edib.
Həkim xəstənin dişini keyitmək üçün üç iynə vurub. Diş çəkilən zaman K.Şahbazova huşunu itirib. Bundan sonra xəstə dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun komaya düşdüyü məlum olub.
Həkimlərin səyi nəticəsində qız komadan çıxarılıb. Diş həkiminin tibbi təhsili və fəaliyyət göstərməsi üçün lisenziyasının olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
oxu .az