Bərdədə SİLAHLI İNSİDENT – Tərtər Sakini Güllələnib

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib


“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə hadisə rayonun Səyidyusifli kəndində qeydə alınıb. Tərtər rayon Xoruzlu Kənd sakini güllə yarasi ilə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, 3 güllə yarasi alan E. Nəcəfov əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan yaralının vəziyyəti orta ağırdır.