Şəmkirdə saxta yolla pensiya düzəldən vəzifəlilər kimlərdir-BİR CİNAYƏTİN İZİ İLƏ

Sabiq nazir Səlim Müslümovun vaxtında o qədər korrupsiya halları olub ki, bunları araşdırıb tədbir görmək, problemləri aradan tam qaldırmaq hələ də mümkün olmayıb.

İlin əvvəlində Sahil Babayev etiraf etdi ki, ötən il 1055 nəfərə əsassız əlillik təyin edilib, bu ilin yanvarında isə daha 200 əsassız əlillik ləğv edilib.
Azərbaycanda 2000-ci ildə 250 min adam əlil olub. Bu da əhalinin həmin dövr üçün üç faizi ətrafında idi. Amma çox qısa müddətdə 18 il ərzində bu göstərici 625 minə qədər qalxdı. Bu da əhalinin 6,4 faizinə bərabərdir. Təxminən ölkədə hər 15 nəfərdən birini əlil göstərmək. Beləliklə, əhalinin artım tempi 25 faiz olub, əlillərin artımı 2,5 dəfə olub. Nazir Sahil Babayevin açıqlamasında deyilir ki, təkcə keçən il üzə çıxarılan saxta əlillik hallarına görə dövlət büdcəsi üç milyon manat itirib.
Üstəlik bura DSMF xətti ilə , ordakı korrupsioner kadrların köməyi ilə saxta təqaüd alanları əlavə etsək dəhşətli mənzərə yaranır.
Çox təəsüf ki, regionlarda Səlim Müslümov kadrları yenə əvvəkitək bu işlərlə məşğul olurlar.
Korrupsia.org-a Şəmkirdən daxil olan məlumatda bildirilir ki, bu rayonda saxta yolla təvvəlüd yaşını artırıb dövlətdən pensiya alan insanlar mövcuddur.
Məsələn, Dəllər-Cırdaxanlı kəndinin iki sakini- 1955-ci il təvəllüdlü Qarayev Armans Qəmbər oğlu və 1960-cı il təvəllüdlü Məmmədov Zirəddin Fazil oğlu saxta yolla bir neçə il təqaüd alıblar.
Şəmkir rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun işçilərinin bilavəsitə iştirakı ilə onların təvəllüdü saxta sənəddə 1949-cu il kimi göstərilib.
Sayta daxil olan məlumatda deyilir ki, həmin şəxslərə Fondun Azər və Elxan adlı işçiləri “kömək” edib.
Arnans Qarayevin özü ilə əlaqə saxladıqda cinayət törətdiyini və pensiya aldığını etiraf etdi.
Sonra Şəmkir rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Azad Şərifovla əlaqə saxladıq. O dedi ki, həmin şəxslərə pensiya verilişi dayanıb. Dövlətin pulu məhkəmə vasitəsilə geri qaytarılacaq. Amma saxtakarlıqdan guya xəbəri olmayıb. Sənədi həmən bu iki şəxs notarialda saxta yolla təsdiqlədiblər və sair.
Əcaba, adi təqaüdçünün normal sənədləri 100 dəfə yoxlanıldığı halda, yaşca cavan adamların saxta sənədləri necə gözdən qaçıb. Vizual olaraq görünmür ki, bu adam hələ cavandı, təqaüd yaşı çatmayıb?
Adı çəkilən təşkilastla bağlı diğər materialların da araşdırması gedir.
Yaqin ki, prokurorluq orqanları vəzifə cinayəti törətmiş şəxsləri tapıb cəzalandıracaq. Təkcə bu iki nəfərə görə dövlətə 19 min ziyan dəyib. Bəlkə belələri yüzlərlədir?
korrupsiya.org