Xəzər TV-nin tanınmış aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhlükəsilə üz-üzə qalan və son anda xilas olan 7 yaşlı oğlu Əmin komadan ayılıb.
Aparıcı BAKU.WS-ə açıqlamasında oğlunun vəziyyətinin yaxşılığa doğru getdiyini bildirdi:
"Komadan ayılıb. Getdikcə düzəlir. Ümid edirik tezliklə ayağa qalxacaq".
Xatırladaq ki, 2 gün əvvəl Yusif Kərimlinin azyaşlı övladı çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır.