Tovuzda dəhşətli qəza: ölən və yaralananlar var

Tovuz şəhərində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“AzBaku.org” "Report"a istinadən xəbər verir ki, üç avtomobilin toqquşması ilə nəticələnən qəzada ölən və yaralıların olduğu bildirilir.

Qəza nəticəsində Murtuzəliyeva Aysel Əhməd qızı, Murtuzəliyeva Ayşən Əhməd qızı, Murtuzəliyeva Vüqar Vüsal oğlu müxtəlif bədən xəsarətələri alıblar. Onlar dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zəncirvari avtomobil qəzası zamanı ölən şəxslər isə Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə, 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğlu və Mustafayeva Nailə Yolçu qızıdır.

Faktla bağlı araşdırma aparılır.