Ələt-Astara yolunda qəza baş verib, bir qadın yaralanıb

"VAZ 2109" markalı avtomobillə digər minik avtomobili toqquşub

Biləsuvarda yol qəzası baş verib. AZBaku.infoAvtosferşAz-aistinadən xəbər verir ki, Hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində, döngədə qeydə alınıb. Qəza zamanı "VAZ 2109" markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə bir nəfər sərnişin, Lənkəran rayonu Vilva kənd sakini, 1966-cı il təvəllüdlü Məhərrəmova Şahidə Ağakişi qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.