Sumqayıt sakini özünü yandırıb


Faktla bağlı araşdırma aparılır

Sumqayıtda 66 yaşlı kişi özünü yandırıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Sumqayıt şəhər sakini, 1953-cü il təvəllüdlü Ağalarov Pənah Şirin oğlu üzərinə benzin tökərək özünü yandırıb. Dərhal yaxınlıqdakı şəxslərin köməyi ilə alov söndürülüb. Hadisə nəticəsində P. Ağalarovun bədəninin bir hissəsi yanıb. O, dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.