Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Ağsuda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Ağsu rayonu ərazisində Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.. Həmin vaxt F.Hüseynovun oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılıb və arxa təkərin altında qalaraq ölub.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.