Uca Yaradan yaratdıqlarını təkrarsız yaradır. İnsanları da onlarla birgə. Kimisini sağlam, kimisini xəstə, kimisini müdrik, kimisini də cahil. Sağlamlıq dedikdə heç də yalnız insanın fiziki sağlamlığından bəhs etmirik. Mənəviyyatı sağlam insanlar isə artıq cəmiyyətdə nadir tapıntı qədər az yer tutur. Məqaləmiz insanın sahib olduğu fəzillətləri sadalamaq deyil. Əksinə fəzilətdən uzaq düşmüş insanların əmməllərinə güzgü tutmaqdır.
Dərdini götürüb "DoğruXəbər.az” İnformasoya Agentliyinin redaksiyasına üz tutan Ağcabədi rayon Boyat kənd sakini Mahmudova Ayna Sultan qızının övladı Mahmudova İradə 33 yaşında, anadangəımə əqĺi qüsurlu xəstədir. Başqasının köməyi olmadan zəruri ehtiyaclarını ödəyə bilmir. Lakin buna baxmayaraq hələ də belə bir xəstəyə əlillik təyin olunmayıb. Anası Mahmudova Ayna övladının xəstəliyi ilə bağlı bildirdi ki, Ağcabədi rayon xəstəxanası əlilliyin təmin olunması üçün küllü miqdarda rüşvət tələb edir. Xüsusilə də qızını müalicə edən Leyla həkim. Müsahibimiz qeyd etdi ki, yuxarıda qeyd etdiklərimizlə bağlı dəfələrlə Ağcabədi rayon İcra Başçı Şahin Məmmədovun yanında olub. İnsafən söyləsək onu da qeyd etdi ki, Şahin Məmmədov onun dərdinə çarə etməyə çalışıb. Bu məqsədlə də adı gedən məsələ ilə bağlı aidiyyatı şəxsləri toplayıb, tapşırıqlar belə verib. Təəssüf ki, başçının tapşırıqları elə oradaca, iş otağının divarları arasında qalıb. Qapıdan bayıra çıxa bilməyib. Vətəndaş isə yenə də əvvəlki kimi Ağcabədi rayon xəstəxanasının tələb etdiyi rüşvəti ödəyə bilmədiyi üçün get-gəıə salınıb.
Hadisələrin bu fonda cərəyan etməsinə diqqət etdikdə düşünməmək mümkün deyil ki, niyə rayonun rəhbəri, rayon xəstəxanasının həkiminə söz keçirə bilmir. Verdiyi tapşırıqlar qulaq ardına vurulur. Səbəb?
Səbəblər müxtəlif ola bilər. Birincisi, görünür rayonun rəhbəri olduqca zəif biridir ki, tapşırıqları qulaq ardına vurulur. İkincisi bəlkə başçı tabeliyində olan rayonun səlahiyyətli nümayəndələri qarşısında gözü kölgəlidir ki, tapşırıqlarına əhəmiyyət verilmir. Necə deyərlər "Loxma ki, var boğmadır". Üçüncüsü bəlkə də bunlar sadəcə vətəndaş qarşısında oynanılan bir oyun, qeyri-peşəkar masqaraddır. Yəni "Dovşana qaç, tazıya tut misali" . Səbəbləri kifayət qədər sadalamaq mümkündür. Lakin səbəb nə olursa-olsun İcra Başçısının yerinə yetirilməyən tapşırığı qeyri-şərtsiz, yalnız bir həqiqəti ortaya qoyur. Başçı işinin öhtəsindən gəlməyi bacarmır. Haqqının tapdanmasına səbrlə dözməyi bacaran xalq isə bacarıqsız rəhbərin zülmündən kimə sığınacağını yaxşı bilir. Ölkə Prezidenti yerlərdə təyin etdiyi məmurlara verdiyi ən vacib tapşırığı əhalinin hərtərəfli qayğısına qalmasıdır. Madd-sosial durumlarını yaxşılaşdırmaq üçün zəruri tələb olunan bütün imkanları dəyərkəndirmək. Nəin ki, 33 yaşlı ağır psixatirik xəstəlikdən əziyyət çəkən əhalisinin qanunla qorunan haq və hüquqlarını tapdayan rayonun harın məmurlarının fəaliyyətsizliyinə göz yummaq.
Nəhayyət onu söyləmək istərdik ki, bu bizim Ağcabədi rayonundan dilə gətirib, açıqladığımır bir nöqsan idi. Ş. Məmmədov düşünməsin ki, başçısı olduğu rayonda rüşvəti Allahları hesab edən Leyla kimi minlərlə həkim və ya digər vəzifə sahiblərinin qanundan kənar hərəkətlərinə bilərəkdən göz yummasına ölkə Prezidenti də göz yumacaq. Əsla. "Prezident xalqın xidmətçisidir" söyləyən İlham Əliyev cənabları xalüına zülm edən məmurun davranışlarına göz yumacağına inanmayın. Düşünün ki, əvvəl-axır haqq divanına çəkiləcəksiniz.
“DoğruXeber.az”