Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib.
BAKU.WS-in əldə etdiyi görüntülərdə Məmmədsəfanı döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanı isə onun ayaqları altında bardaş qurduğunu görürük.
İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik:
Məmmədsəfa: - Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get!
Mətanət Əsədova: - Hə, oxuyum, sonra baxarsan da.
- Orada, o o...ların yanında necə oxuyurdun, mənimçün də elə oxu.
- Nə oxuyum səninçün? Mahnı, yoxsa muğam?
- Muğam.
Qeyd edək ki, Azərbaycan şou biznesinin məşhur "ulduzları" Məmmədsəfanın daimi müştəriləridir.