300-ə yaxın azərbaycanlı zəvvar İraqda başsız qalıb - VİDEO

İnterpress.az xəbər verir ki, Azərbaycandan Kərbəlaya aparılan zəvvarlar aldadılıb.

Bu barədə hazırda Kərbəlada olan Amid Boradigahi özünün "Facebook" səhifəsində paylaşdığı statusunda deyir.

“Azərbaycanda zəvvarlardan 250$ pul yığaraq Kərbəlaya Ərbəinə (imamın qırxına ) aparan Təvəkkül Həsənov adlı şəxs zəvvarların pulunu mənimsəyib”. Onun sözlərinə görə, Təvəkkül Həsənov Kərbəlaya apardığı zəvvarların nə otel pulunu, nə sürücülərin pulunu verib, nə də heç bir xidmət göstərmədən zəvvarları başsız qoyub".