Qəbələ otelləri siyasi oyunlara alət edilib.

2018-ci ildən əvvəl Qəbələ əhalisi yeni dönəmdə Qəbələdən Mehriban xanım Əliyevanın, ya da Leyla Əliyevanın millət vəkili ola biləcəyini müzakirə edirdi. Əksər əhali bunu çox yaxşı qarşılayırdı. 2018-ci ilin lap əvəllərində isə Qəbələdə bir pıçhapıç başlandı ki, bəs “ Mehriban xanım Kəmaləddin müəllimi rayondan uzaqlaşdırıb. Paşayevlər kişinin bütün mal-mülkünə, otellərinə əl qoyublar”. Bu şaiyələrin ardından rayonda aparılan bütün işlər axsamağa başladı. Hətta küçələrdən zbillərin götürülməsində belə problemlər yarandı. Birdən - birə rayonda bütün abı hava dəyişdi. Düzdən də rayon “yiyəsizləşdi”. Bütün bu söhbətləri kimləri yayırdı? Necə yayırdı? Sadəcə hər kəsdə bir fikir formalaşırdı: “Xanım, Heydərovdan qat-qat pismiş. Paşayevlər hakimiyyəti alsalar ölkə batacaq. Zülm ərşə dayanacaq”. Həmin günlərdə bir rayon sakini kimi mən bu şaiyələrin əsl qaynağından tam xəbərsizdim.
Bu il, büromuza Qəbələ Qafqaz Sport otelin rəhbəri, əməliyyəratlar üzrə menecer Elsevər Məmmədovdan ard-arda şikayətlər daxil olmağa başladı. Bunun üzərinə oteldə nələr baş verdiyini araşdırmağa başladım. Qarşıma çox maraqlı məqamlar çıxdı. E.Məmmədov işçiləri keyfinə gəldiyi kimi işdən çıxarmışdı. Hətta vəzifəsindən yararlanaraq qadınlara sarkıntılıq etməkdən də çəkinməmişdi. Maraqlı olan buydu ki, işçilərin demək olar ki, heç biri şikayət etməmiş, taleyi ilə barışmışdı. Spa mərkəzinin 13 işçisi Spa rəhbəri ilə birlikdə, bir qələmlə işdən azad edilmişdi. İşçilərin sözündən belə anlaşılırdı ki, bunun səbəbi E.Məmmədovun, bu işçilərin gözü önündə, masajçı xanım tərəfindən ən ağır sözlərlə təhqir edilməsi olmuşdu. Qadının ağır təhqirlərinə şahid olmuş bütün işçilər bir hadisənin şahidləri olaraq işdən çıxarılmışdılar. İşçilərin tamamının “Müddətli əmək müqaviləsi” əsasında işdən çıxarılmış olması mənə maraqlı gəldi. Necə ola bilərdi ki, əksəri 5 ildən artıq oteldə çalışmış insanları müddətli müqavilə ilə çalışdırırdılar? Xoruzun quyruğu da elə bu zaman ortaya çıxdı.
2018-ci ilin yanvar ayında otellərdə bir dəyişim başladılır. Məsələn həmin tarixdə Qafqaz Sport otel “Gilan” MMC-dən alınaraq “Qafqaz Qəbələ” MMC-yə verilir. Bunu əsas gətirərək bütün işçilər öncə öz “xahişləri” ilə işdən azad edilirlər. Sonra isə müddətli müqavilə ilə artıq “Qafqaz Qəbələ” MMC-yə məxsus olan Sport otelə işə alınırlar. Aparılan təbliğatda otelin “Paşayevlər tərəfindən Kəmaləddin Heydərovdan alındığı” söylənilir. İşdən qovulan hər kəs Paşayevləri düşmən görməyə başlayır. Bundan sonra məsələn Hikimtət aşpazın və işçilərinin iş saatından artıq çalışdıqları vaxta görə almalı olduqları əlavə istirahət ləğv edilir. İşçilərə basqı edilməyə başlanılır. Bunları öyrəndikdən sonra Qəbələdə anti-Paşayev, dolaysıyla anti Mehriban xanım təbliğatının haralar vasitəsiylə aparılması aydın olur. Otellər bu təbliğatın üstü, mərkəzi halına gətirilibmiş. Elə bu üzdən də işdən çıxarılmış kimsə, heç hara şikayət etməyib-“kimdən kimə şikayət edək axı?!”
Son dönəmlərdə əhalinin əksəriyyətinin öz şikayətlərini, müraciətlərini məhz Birinci Xanıma ünvanlaması hər kəsə məlumdur. Başqa məmurlara edilmiş müracitlərdən fərqli olaraq xalq Mehriban Xanıma etdiyi müraciətlərin nəticəsini görürdü.
Sual ortaya çıxır: Əcəba ölkənin Birinci Xanımı , birinci vitse prezident Mehriban Əliyevanın artan nüfuzu kimləri qorxudurmuş? Əlbəttə ki, hakimiyyətdəki arvadı hay(erməni) olanları. Ölkəni, rayonu çapıb talamışları.
Elə bu gün də otellərin üst rəhbərləri Qəbələ otellərində, biri elə araşdırdığımız Qəbələ Sport oteldə baş vermişlərə heç bir münasibət bildirməmişdir. Hər şey bir yana, iki uşaq anası olan bir Azərbaycan qadınına qarşı etmiş olduğu nalayiq hərəkətin belə cavabının E.Məmmədovdan soruşulmaması göstərir ki, daha yuxarıda olan rəhbərlik də Qəbələ Qafqaz otellərində aparılmış, siyasi hədəfli qanun pozuntularının arxasındadırlar. Qəbələdə Mehriban xanım Əliyevaya qarşı çox məkirli bir anti təbliğatın getdiyini əhali də artıq anlamışdır.
Yerli hakimiyyətdən otellərdə baş verənlərlə maraqlanmalarını gözləməksə çox mənasızdır. Təkcə Qəbələ şəhərində , Dünya şöhrətli oftalmoloq, akademik Zərifə Əliyeva adına verilmiş küçənin halını görmək bunu deməyə əsas verir.
Mövzunu araşdırmağa və ictimailəşdirməyə davam edəcəyik.

Qəbələ şəhəri, 21 avqust 2019-cu il.
Xəbərfakt.az İnformasiya agentliyinin büro rəhbəri