“Nömrə 1 ginekoloq” Aytən Səfərova ilə bağlı ŞOK İTTİHAMLAR

Bu günlərdə tanışlardan biri ailəsinin yaxşı bir ginekoloq həkimə ehtiyacı olduğunu bildirdikdə bu sahədə məsləhətli həkim axtarışı üçün ilk növbədə internetdə axtarış aparmaq qərarına gəldim.

“Nömrə 1 ginekoloq”, “ən yaxşı ginekoloq” açar sözləri yazıb axtarış etdikdə hər dəfə qarşıma çıxan Aytən Səfərova adlı həkim oldu. Arada qarşıma tənqidi yazılar çıxasa da düşündüm ki, yəqin həmkarlarından kiminsə paxıllığının nəticəsidir. Çünki axtarışda çıxan videoların hansını izlədimsə gördüm ki, “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı qışqıra-qışqıra “ölkənin nömrə 1 tüp bəbək uzmanı” Aytən Səfərova deyib reklam edir.

“Hər halda aparıcı minlərələ tamaşaçıya yalan danışmaz” deyib axtardığımız həkimi tapdığımı xəbər vermək istəyirdim ki, gözüm “Xoşqədəmin “Nömrə 1” adlandırdığı Aytən Səfərovadan ölümlə üz-üzə qoyduğu şikayətçiyə barışıq təklifi” başlıqlı yazıya sataşdı. Oxumağı qərara aldım.
“Nömrə 1 ginekoloq” Aytən Səfərova ilə bağlı ŞOK İTTİHAMLAR


Məlum oldu ki, sən demə, Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanova 2018-ci ilin mayında “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib, amma ailənin sevinci uzun sürməyib, qadının qarnı sürətlə şişib, şiddətli ağrıları başlayıb.

G.Aslanovanın virtualaz.org-a verdiyi məlumata görə, əməliyyatı aparan həkim-ginekoloq Aytən Səfərova Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə başlanılıb. Ağrılar azalmadığından ailə başqa klinikaya müraciət edəndə bəlli olub ki, əməliyyat zamanı qadının sidik kisəsi deşilib, qarın boşluğuna maye yığılıb, üstəlik yanlış diaqnoz əsasında qəbul edilən dərmanlar da bir tərəfdən orqanizmə mənfi təsir göstərib.

Gülçin Aslanova virtualaz.org-a müraciət edərək başına gələnləri danışıb və deyib ki, son 5 ayda daha 2 ağır əməliyyat keçirib, amma hələ də tam sağalmayıb, keçirdiyi sarsıntılar nəticəsində körpəsinə qulluq edə, ana südü ilə qidalandıra bilmir: “Həkim mənə əməliyyatdan sonra fəsad yarandığını söyləmədi, halbuki əvvəlcədən bilsəydim dərhal əməliyyat olunardım, bu qədər əzab-əziyyət çəkməzdim. Sonradan bildim ki, səhvini gizlətmək üçün müalicə adı ilə məni yubadırmış”.
“Nömrə 1 ginekoloq” Aytən Səfərova ilə bağlı ŞOK İTTİHAMLAR
]
Həkim Aytən Səfərova hər gün yerli telekanallarda reklam edilir, ekspert qismində şou-proqramlara dəvət olunur. G. Aslanova etiraf edib ki, məhz buna görə də Səfərovaya inanıb, necə deyərlər reklamın qurbanı olub.

Gülçinin həyat yoldaşı Ramil Aslanov isə mətbuata bildirib ki, sonuncu əməliyyat 4 saat çəkib, qarın boşluğundan 10 litrdən çox maye boşaldıblar. “Sözlə ifadə olunmayacaq qədər dəhşətli ağrıları vardı, nəfəs ala bilmirdi, bütün bədəni şişmişdi. Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik Gülçini xilas etmək mümkün olmayacaqdı. Ən ağrılısı isə odur ki, həkim Aytən Səfərova əməliyyatdan sonra fəsad yarandığını bilib, amma gizlədib, 3 uşaq anasını amansızcasına ölümlə üz-üzə qoyub”, -Aslanov deyib.

Ramil Aslanov danışır ki, həyat yoldaşı keçirdiyi uğursuz əməliyyatdan sonra mənəvi və fiziki əzablar çəkdiyindən yeni doğulan körpəyə ana qayğısı göstərə bilmir: “Həyat yoldaşım həm sağlamlığından oldu, həm də maddi ziyana düşdük. Bu müddət ərzində dəfələrlə müraciət etsək də, Aytən Səfərova reaksiya vermədi, əksinə köməkçisinin vasitəsi ilə xəbər göndərərək saymazyana bildirdi ki, hara istəsək şikayət edə bilərik, onun güvənə biləcəyi adamlar var. Yeganə istəyim odur ki, həkim cəzasız qalmasın, bizim aylarla çəkdiyimiz əzab-əziyyəti başqaları da yaşamasınlar”.

Aslanovlar ailəsi 50 min manat təzminat ödənilməsi, çəkilən xərclərin geri qaytarılması tələbi ilə Səbail Rayon Məhkəməsində klinikaya qarşı iddia qaldırıb. Ayrıca Bakı Şəhər Prokurorluğuna müraciət edilərək Aytən Səfərovanın cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Bakı Şəhər Prokurorluğu isə işə baxılması üçün sənədləri Səbail Rayon Prokurorluğuna göndərib.

Aslanovun mətbuta təqdim etdiyi ekspertiza rəyində göstərilib ki, Gülçin Aslanovada sidik kisəsinin perforasiyasının (toxuma tamlığının pozulması) olduğu müəyyən edilib. Bu zədələnmənin 18.05.2018-ci ildə hospitalda üzərində edilən keysər kəsiyi cərrahiyyə əməliyyatı zamanı baş verməsi inkar olunmur. Həm məhkəmə, həm də prokurorluq işi təkrar ekspertizaya göndərib.

“Caspian İnternational Hospital”dan bildiriblər ki, Aytən Səfərova hazırda onlarla çalışmır, ailənin iddiasına isə yalnız həkim özü cavab verə bilər.

Bu məlumatda ciddi faktlıar, ittihamlar olduğuna görə məsələni ətraflı öyrənmək üçün digər yazıları oxumağı qərara aldım və “Nömrə 1” şousu gözümün önündə sabun köpüyü kimi dağıldı. Düşündüm ki, bəlkə də reklam qurbanı olan təkcə Gülçin deyil, sadəcə hüquqlarını bilən və qoruyan sadəcə gülçindir, digərləri ya utanır, ya Allaha tapşırır və s.

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə G.Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına bu ilin martında baxılıb. Zərərçəkən tərəf həkimə cinayət işinin açılmasını, əməliyyat xərclərinin qaytarılmasını və əlavə olaraq 50 min manat təzminat ödənilməsini tələb edib. Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.

Məhkəmənin qərarı ilə A.Səfərova iddiaçıya 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib.

Onu da vurğulayaq ki, Bakı Şəhər Prokurorluğuna həkim-ginekoloq A.Səfərovaya cinayət işinin açılması ilə bağlı edilən müraciət baxılması üçün Səbail Rayon Prokurorluğuna göndərilib. Hazırda Səbail rayon prokurorluğunda baxılır.

Apellyasiya şikayəti üzrə keçirilən prosesdə iddiaçı tərəf hakimin sualına cavab olaraq bildirib ki, barışıq əldə olunsa belə, iddiasından geri çəkilməyəcək. Qeyd edilib ki, istənilən halda iddia təmin olunmalıdır və bu da barışıq haqqında məhkəmə sənədində əksini tapmalıdır. Yəni məhkəmə hüzurunda barışıq sazişi bağlanmalıdır. Orada isə cavabdeh tərəf təqsirinin olduğunu etiraf edəcək, ödəniləcək vəsait qeyd ediləcək.

Bu məlumatla tanış olanda insanı dəhşətə gətirən həkim səhvi deyil. Həkim də insandır, bir anlıq nəsə səhv edə bilər, ən dəhşətlisi budur ki, hər gün, hətta həmin əməliyyatdan və fəsadlardan sonra 2019-cu ilin televiziya mövsümündə həftədə 5 gün reklam edilən, “Nömrə 1” adlandırılan bir həkim səhv etdiyini bilə-bilə bunu xəstədən gizlədib, onun həyatını risqə atıb. Bunu heç cür anlamaq, nə iləsə müqayisə etmək mümkün deyil.

Fikir verin, əməliyyatı aparan “Nömrə 1” həkim-ginekoloq Aytən Səfərova Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə başlanılıb. Ağrılar azalmadığından ailə başqa klinikaya müraciət edəndə isə bəlli olub ki, əməliyyat zamanı qadının sidik kisəsi deşilib, qarın boşluğuna maye yığılıb, üstəlik yanlış diaqnoz əsasında qəbul edilən dərmanlar da bir tərəfdən orqanizmə mənfi təsir göstərib.”

G.Aslanovanın sözlərinə fikir verin, zərərçəkən görün nə qədər humanist insandır ki, həkimi sadəcə fəsadı ondan gizlətdiyinə görə qınayır, daha demir ki, niyə fəsad yaranıb: ““Həkim mənə əməliyyatdan sonra fəsad yarandığını söyləmədi, halbuki əvvəlcədən bilsəydim dərhal əməliyyat olunardım, bu qədər əzab-əziyyət çəkməzdim. Sonradan bildim ki, səhvini gizlətmək üçün müalicə adı ilə məni yubadırmış”.

Bu məlumatı oxuyandan, dərinliyinə varandan sonra daha bir insanın reklam qurbanına çevrilməməsi üçün tanışıma həqiqəti deməli oldum. O isə sadəcə soruşdu ki, “Aytən Səfərova adlı həkim belə bir səhvdən sonra hələ də həkim kimi fəaliyyət göstərirmi?” “Təbii ki, fəaliyyət göstərir”-dedim. “Həm də yenidən “Caspian İnternational Hospital”da, Gülçin Aslanovanı əməliyyat etdiyi klinikada.” O gündən tanışıma zəng çatmır, bəlkə o da ürək tutmasından hansısa “Nömrə 1” kardioloqun xəstəsi olub, inşallah ki, hansısa səhvin güdazına getməz…


Mənbələr: Bakıda 3 uşaq anasına qarşı həkim amansızlığı https://virtualaz.org/olke/129345


Məhkəmə Bakı ginekoloqunu ciddi səhvə görə cəzalandırdı https://virtualaz.org/cemiyyet/136481


Xəstəni ölümlə üz-üzə qoyan Aytən Səfərova ona barışıq təklif edib http://minval.info/x-st-ni-oluml-uz-uz-qoyan-ayt-n-s-f-rova-ona-barisiq-t-klif-edib/124577?

fb_comment_id=2699310670143737_2711918125549658

Aytən Səfərova xəsarət yetirdiyi xəstəyə barışıq təklif edib – Məhkəmə vaxt verdi

https://afn.az/kriminal/80634-ayten-seferova-xesaret-yetirdiyi-xesteye-barishiq-teklif-edib-.html