Qazaxda benzin daşıyan maşın yanıb

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunda qeydə alınıb

Qazaxda benzin daşıyan "Mercedes" markalı yük maşınında yanğın olub. "Report"un məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yanğın maşının təkərində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və təcili yardım xidməti cəlb olunub. Məlumata görə, yanğının qarşısı alınıb. Nəticədə maşına ziyan dəyib.