Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Gəncə-Samux yolunda qeydə alınıb.
20-BL-353 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil hərəkət zamanı idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü – Hüseynov Rasim və iki sərnişin yaralanıb.
Hadisə zamanı sözügedən şəxslərin toydan qayıtdığı və sürücünün sərxoş vəziyyətdə olduğu bildirilib.
Qəzaya səbəb isə yüksək sürət olub.
Faktla bağlı araşdırmalar davam edir.