Orta məktəblərdə dərslər saat 9-da başlayacaq? (VİDEO)

Şəhərdə avtomobillərin çoxluğu təbii ki, öz növbəsində tıxacın da yaranmasına səbəb olur. Dərslər başlandıqdan sonra isə bu vəziyyət daha acınacaqlı olur. Bəs görəsən tıxacların qarşısını almaq üçün hansı addımlar atmaq lazımdır?

AzBaku.org -un məlumatına görə ARB TV xəbər verir ki, yeni dərs ilinə cəmi 10 gün qalıb. Bir neçə aydır davam edən nisbətən sakit şəhər həyatı yenidən qaynayacaq. Metro, avtobus, özəl avtomobillər və s. Yollarda yaşanacaq vəziyyəti təsəvvür etmək heç də çətin deyil. Ekspertlər yollarda müşahidə olunan sıxlığı aradan qaldırmaq üçün təklif irəli sürüblər.

Elməddin Muradlı – Nəqliyyat Eksperti: "Nəzərə almaq lazımdır ki, məktəblərin qarşısında əsas sıxlıq məhz ibtidai sinif uşaqlarına görə yaranır. Düşünürəm ki, biz artıq o sovet sistemindən uzaqlaşmalıyıq. Dünyanın heç bir yerində saat 8 də dəsr başlamır. Bu ancaq ola bilər MDB məkanında Budakı sovet quruluşunun təsiridir ki, bəzi ölkələrdə hələdə qalır. Yəni onlar üçün saat 8-də yox 9 da da dərs başlaya bilər”.

Təhsil ekspertləri də oxşar fikirdədirlər. Deyirlər ki, səhər növbəsində təhsil alan azyaşlıların əksəriyyəti yuxudan oyanmaqda çətinlik çəkir. Təhsil aldığı məktəb yaşadığı evdən uzaq məsafədə yerləşən balacalar üçün isə bu proses daha da çətin olur.

Elşad Qafarov – Təhsil Eksperti: "Əslində 6 yaşlı uşağın fizioloji xüsusiyyətlərinin nəzərə alanda ən azı 7 dən yuxudan oyanmalıdır. Xüsusən də biz nəzərəalsaq şəhər yerlərində bir yerdən başqa yerə gedərkən və şəhərdə tıxacların olmasına görə ən azı 7 nin yarısı evdən çıxmalıdırlar bunun üçün isə ən azı 6 da yuxudan durmalıdırlar. Xüsusən də aşağı sinif şagirdləri üçün dərs zamanı yuxulu olması dərs prosesinin düzgün mənimsəməməsi bu problemləri yaradır və s”.

Psixoloqlar isə fərqli fikirdədi. Onların fikrincə uşaqlarda yuxu rejimini erkən yaşlarında formalaşdırmaq lazımdır. Əfsus ki, bəzi valideynlər buna əməl etmirlər.

Vəfa Əkbər – Psixoloq: "Düzdür bunun bir adaptasiya dövrü var. Əvvəlcədən bir necə həftə buna adaptasiya olunacaqdır. Sonra isə bu uşaq üçün qrafikaya çeviriləcəkdir. Bəzi uşaqlar var ki,onlarda səhər tezdən öyərnmək daha asan olur. Yəni tez qavrayırlar. Uşaqlar var ki,onlar tezdən duranda qavraya bilmirlər. və s”.

Qeyd edək ki, Təhsil Nazirliyi 2015-ci ildə rəsmi olaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına Bakıdakı təhsil müəssisələrində iş qrafikinin dəyişdirilməsi ilə bağlı müraciət etsə də, məsələyə müsbət cavab verilməyib.

Qaynarinfo.