Beynəlxalq Bankın qadın əməkdaşı mühafizəçi tərəfindən qətlə yetirilib

Göygöl rayonunda qətl hadisəsi olub.


"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Üçtəpə kəndində Günay adlı 30-35 yaşlı qadın yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Meyit ekspertizaya aparılıb.
Mərhumun Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi bildirilir. Onu qətlə yetirən şəxs isə həmin bankda mühafizəçi kimi işləyir.

Qadının 1 qız övladı var. O, qızı və bacısı ilə birgə yaşayırmış.

Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.