18 yaşlı qızı qaçıran kişi "Ekologiya postu"nda tutuldu

8 yaşlı qızı qaçıran şəxs "Ekologiya postu"nda saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə sentyabr ayının 8-də axşam saat 22:30 radələrində baş verib.

Şikayət əsasında, Bakıdan Sumqayıt istiqamətinə gedən "Hyundai Santa Fe" markalı avtomobil saxlanılıb və onun sürücüsü hüquq-mühafizə orqanlarına təhvil verilib.

Məsələ ilə bağlı ərazi üzrə Polis İdarəsində araşdırma aparılır.