“AzBaku.org” “APA”ya istinadən xəbər verir ki, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı 1986-cı il təvəllüdlü Mehdiyev Cavid Şükür oğlu beyninə qan sızma diaqnozu ilə xəstəxanaya daxil olub.
Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.