Cəlilabad rayonun bəxti təhsil sahəsində heç gətirmir. Bir-birini əvəzləyən təhsil şöbəsinin müdirləri korrupsiyanın ən nadir, ən inanılmaz növlərini özləri ilə gətirir və məhz bunada Cəlilabad təhsilində rast gəlinir.
TŞ-yə yeni təyin olunmuş Qərənfil Əhmədovanın rüşvətə sökənən özəl islahatları
Dəyişən o ki, yeni müdir əsas olaraq vəzifəsini təhsilin səviyyəsini artırmaqda yox, mətbuata axan informasiyanın qarşısını almaqda gördü. Yaqin ki, casuslar haqda filmlərə baxdaqdan sonra bu qərara gəldi ki, TŞ-də keçirilən iclaslar zamanı mobil telefonlar yığışdırılsın. Kimsə nəsə səs yazar və ya çəkər- bu şeylərin qarşısı alınsın.
Bu yeni qanun qəbulıa gələn vətəndaşlara da şamil olunub. Qəbula gələn Ramin Yarıyev adlı vətəndaş içəri daxil olmaq istəyəndə RTŞ şefinin katibəsi ona telefonunu təhvil verməlisən deyib.
Vətəndaş haqlı olaraq öz etirazını bildirib və deyib ki, mən anlamadım bura hansısa məxvi orqan yox umumi ictimaiyyətə açıq olan dövlət orqanıdır. Mübahisəni eşidən RTŞ şefi səbəbini katibədən soruşaraq bildikdən sonrada vətəndaşı qəbul etməyib.
Cəlilabad təhsilində rüşvət həcmin çoxalmasının səbəbləri - Qərənfil Əhmədovanın tələb və əmrləri
Köklü islahatlar nəticəsində məlum olub ki, bundan sonra məktəblərdə qonşu məktəblərdən əvəzçilik üzrə dərs demək üçün gələn müəllim RTŞ –yə 200 AZN, öz məktəbində büllütenə çıxan müəllimin dərsi başqasına əvəzçiliklə veriləcəksə buradan RTŞ-ə 50 AZN veriləcək.
Rayonda aparılan TİKİNTİ-ABADLIQ işlərinə aylıqdan əlavə şəhər məktəblər 200 AZN , şəhər ətrafı məktəblər 100 AZN , kənd tam orta məktəbləri 50 AZN , ümumi orta məktəblər 40 AZN təhsil şöbəsinə məcburi pul ödəməyib.
Qərənfil Əhmədova RTŞ yə müdir təyin olunandan 14 saylının Cəlilabad rayon şöbəsinin baş mühasibi Zaur Əzizov önəmli rol oynamağa başlayıb.Müqdirin ən yaxın adamı kimi, hər bir direktor ayda tabel üçün Zaur Əzizova ən aşağı 20 manat verir . Rayondan deyirlər ki, aylıq 2500-3000 qazancı olmasa “Prado” avtomobilini quru məvaciblə almaq mümkün deyil.
Cəlilabad Rayon Təhsil Şöbəsinə müdir təyin olunandan ard-arda kobud səhvlər edən Qərənfil Əhmədova növbəti dəfə də Təhsil Nazirinin verdiyi əmri pozdu.
Cəlilabad şəhər 1 nömrəli lisey məktəbin direktoru Füzuli Quliyevlə əlbir olaraq iyunda məktəbin 1-ci sinfindən – 11-ci sinfə qədər şagirdlərdən 4 manat yığmaqla SINAQ TESTİ keçirdiblər.
TŞ müdirəsinin “qanqal müşavirəsi” rayonda gülüş hədəfi olub. Təhsildəki problemlərdənsə təmizlikdən, qanqallara, alaq otlarına qarşı mübarizədən danışan müdirin çıxışı xoş qarşılanmayıb.
Qərənfil Əhmədovanın təyinatından sonra rayon təhsilin adı bir neçə dəfə qalmaqalda hallanıb.
Bunlardan biri də müəllimin döyülməsi ilə bağlı idi. Belə ki, 2 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli video görüntü yayımlanıb. Yayılan video görüntüdə insanın şərəf və ləyaqətini açıq-aydın alçaldan hərəkətlər nümayiş etdirilib, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilib, bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilib.
Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, aparılmış araşdırma zamanı müəllim tərəfindən yeniyetmə şagirdə sataşmaq məsələsi öz təsdiqini tapmayıb, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər iştirakçıların məsuliyyət məsələsinə baxıldığı bildirilib. Müəlimin belə döyülməsinin ,şantaj edilməsinin motivləri olub.
Deyilənə görə Uzuntəpə kənd 3 nömrəli ümumi orta məktəbin 60 yaşlı Alim müəllimin həyat yoldaşı həmin məktəbdə xadimə işləyir.Məktəbin direktoru Elçin müəllim Alim müəllimin yoldaşını işdən çıxarıb yerinə 500 manata işçi götürmək üçün bu yaşlı müəllim şərlətdirib və döydürüb. Cinayəti videoya çəkməkdə məqsədləri əgər yoldaşını işdən çıxartdırmasa şantaj edəcəkləri bildirilmişdi. Bax belə, Cəlilabad təhsilində artıq kriminallaşma gedib.
“Direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır?”
Yeni rəhbərliyə qarşı rayonun ən tanınmış pedaqoqu da sərt çıxış edib.
Özü də ittihamın müəllifi sıradan biri deyil-filologia üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlıdır. Bilal müəllim Cəlilabad rayon təhsilindəki özbaşınalığı, rüşvətin əndazədən çıxmasını özünün fb səhifəsində ictimailəşdirib.
Müəllif yazır: “Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Cəlilabadın təhsil şöbəsinin müdirinə rüşvət ittihamı səslənib. Bu dəfə ittihamın müəllifi sıradan biri deyil-filologia üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlıdır. Bilal müəllim Cəlilabad rayon təhsilindəki özbaşınalığı, rüşvətin əndazədən çıxmasını özünün fb səhifəsində ictimailəşdirib.
Müəllif yazır: “Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Bizimki sayı itirib”.
Xatırladaq ki, bu sayaq ittihamlar Cəlilabad Təhsil Şöbəsi ilə bağlı ilk deyil və belə görünür ki, son da olmayacaq. Cəlilabad rayon təhsilindəki “besperedel”lə bağlı dövrü mətbuatda tənqidi yazılar az qala həndəsi silsilə şəkilini alıb. Təəssüf ki, buna baxmayaraq nə rayon rəhbərliyi, nə də rayon təhsil şöbəsinin rəhbərliyi səslənən problemlərin həlli istiqamətində gərəkən addımı atmırlar.
Bildirək ki, bu sayaq ittihamlar Cəlilabad Təhsil Şöbəsi ilə bağlı ilk deyil və belə görünür ki, son da olmayacaq. Cəlilabad rayon təhsilindəki “besperedel”liklə bağlı dövrü mətbuatda tənqidi yazılar az qala həndəsi silsilə şəkilini alıb. Vəziyyət o yerə gəlib çatıb ki, təhsil müdiri ilə direktorlar zarafat edib, lətifələr söyləyirlər. Müdirlə pul mexanizimi ilə işləyən direktorlar var ki, şagird davamiyyəti olmayan məktəb olsa belə, əlavə siniflərin açılması pulunu avqust ayından verib. İşə girmək istəyən müəllimlərin müqaviləsinin bağlanması şirinliyin də həmçinin. Demək olar ki, rayon təhsilin ğzəl malına çevirən Qərənfil Əhmədova rayon məktəbləri ilə yanaşı, çox gəliri olan, Şabanlı, Hacıməmmədli, Abşabad, Adnalı, Calayır,Təzəkənd, Mirzəli,Cəfərli, Yedişə, Zəhmədabad, Ləkin və.s(siyahını uzatmaq olar-red) orta və tam orta təhsil ocaqlarında adı var özü yox təhsilnsistemi yaradaraq qazanc mənbəyinə çevrib. Yuxarıda adları qeyd etdiyimiz rayon və kənd məktəblərində pul müqavilində açılacaq yeni siniflərin və işə müqavilə ilə götürülən müəllimlərin işi prokurorluq tərəfində yoxlansa Cəlilabad təhsilində nə baş verdiyi ifşa olunar.
Qeyd edək ki, rayon təhsili ilə bağlı bizə göndərilən şikayət və müraciətlər Baş Prokurorluğa göndəriləcək
(GUNinfo.az)