Rusiya Azərbaycanlıları İttifaqı oğlumun azadlığa buraxılmasında yaxından dəstək göstərdi.

Rusiya Azərbaycanlıları İttifaqının Mahaçqala Təşkilatının sədri eyni zamanda Mahaçqala Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin rəhbəri Rakif Əzizov, İSBAM sədri Samir Adıgözəlli, Ədliyyə Müşaviri Məmməd Əliyev, Mahaçqala Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədr müavini Rauf Əzizov və bir qrup diaspor təmsilçiləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişlər. Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan Diasporunun Dağıstanda aktivlərindən olan Rauf Əzizov Azərbaycan gömrüyündə saxlanılmışdır. O, 10 ay müvəqqəti həbsdə saxlanıldıqdan sonra bu ilin sentyabr ayının 11-də azad edilmişdir.
Rusiya Azərbaycanlıları İttifaqı oğlumun azadlığa buraxılmasında yaxından dəstək göstərdi.

Rakif Əzizov boyukmillet.com-a açıqlama verərək oğlunun qanunsuz həbsdən azad olunmasına inandığını və bu məsələyə yaxından göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. Rakif Əzizov oğlunun həbsdə olduğu müddət ərzində Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov başda olmaqla ittifaqın rəhbərliyinin onlara yaxından dəstək göstərdiyini qeyd etdi. Rauf Əzizovun günahsız olması ilə bağlı ölkə rəhbərliyinin və ictimaiyyətin məlumatlandırılmasında və oğlunun azadlığa buraxılmasında yaxından göstərdiyi dəstəyə görə RAİ prezidenti tanınmış iş adamı Fizuli Məmmədova xüsusi təşəkkürünü bildirdi. Diaspor rəhbəri eyni zamanda Azərbaycan mediasını da yaddan çıxartmayaraq, dəstəyə görə onlara da öz minnətdarlığını çatdırdı. Rakif Əzizov açıqlamasının sonunda Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyalarının bundan sonra da təbliğində yaxından fəaliyyətini davam etdirəcəyini bəyan etdi.