"BİLİK GÜNÜ"-ARZULARA QOVUŞDURAN HƏYAT YOLUNUN BAŞLANĞICI

"Bilik günü" - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradan həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.

Şagirdlərin üzündəki sevincdən onların, həqiqətən də, məktəb, müəllimləri üçün darıxdıqları, onlara sonsuz dəyər verdikləri bəlli olurdu. Məktəbin direktoru S.Hüseynova tədbiri açıq elan etdi və valideynlərə keçən tədris ilinin uğurları barədə yuksək iftixar hissi ilə məlumat verdi. Məktəbin məzunlarınının demək olar ki, 80 faizinin dovlət ali məktəblərinə vəsiqə qazanması, 600-dən yuxarı bal toplayan 4 şagirdin uğuru, ADA universitetinə və xarici dövlətlərin öndə gedən universitetlərinə yüksək balla qəbul olunması həm valideynlərin, həm də bütün məktəb kollektivinin uğurudur. Tibb Universitetinə, Azərbaycan Dövlət Akademiyasına, BDU-nun hüquq fakultəsinə yüksək balla qəbul olmuş məzunlardan- Aydan, Nicat, Minurə, Şəms öz çıxışlarında onlara yaratdıqları şəraitə, verdikləri biliklərə görə həm məktəb rəhbərliyinə, həm də sevimli müəllimlərinə öz minnətdarlıqlarını bildirdilər.

Məktəbin qonaqları BŞTİ-nin nümayəndəsi Səkinə xanım, məktəbin fəxri anası-şəhid Arif Vəliyevin anası Sona xanım, yüksək bal toplamış məzunlarımızın valideynləri də çıxış edərək birinciləri təbrik etdilər, builki məzunlara bundan da yüksək uğurlara imza atmalarını arzuladılar
"BİLİK GÜNÜ"-ARZULARA QOVUŞDURAN HƏYAT YOLUNUN BAŞLANĞICI
"BİLİK GÜNÜ"-ARZULARA QOVUŞDURAN HƏYAT YOLUNUN BAŞLANĞICI
"BİLİK GÜNÜ"-ARZULARA QOVUŞDURAN HƏYAT YOLUNUN BAŞLANĞICI
"BİLİK GÜNÜ"-ARZULARA QOVUŞDURAN HƏYAT YOLUNUN BAŞLANĞICI