“Milana” hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu

"M
ilana”hospitalının rəhbəri Xuraman Muradova bu günlərdə Çexiyada konfransda iştirak edib. Konfransda Avropa Birliyinə üzv olan ölkələrdə iştirak edib.


Məlumat üçün bildirək ki, konfransın keçirildiyi hotelə Avropa Birliyinə üzv olan ölkələrin bayraqları sancılmamışdı. "Milana” hospitalın sahibəsi Xuraman Muradova Djb.az-a açıqlamasında bildirdi ki, o konfransın keçirildiyi məkanda Azərbaycan bayrağının sancılmamasını görəndə çox narahat olmuşdu. Hətta o bununla bağlı aidiyyatı şəxslərə öz etirazını bildirəndə ona yalnız Avropa Birliyinə üzv ölkələrin bayrağının asılacağını qeyd etmişdilər. Lakin Xuraman xanım, çətinliklə də olsa həmin məkanda 3 rəngli Azərbaycan bayrağının asılmasına nail olub: "Mənimlə birlikdə, "Milana" hospitalının həkimləri Sevinc və Səriyyə xanım çox çətinliklə olsa da istəyimizə nail olduk. Azərbaycanın Çexiya səfirliyindən 3 rəngli bayrağımızı götürüb konfrans keçirilən məkanda digər ölkələrin bayrağının yanında əzəmətli bayrağımızın sancılmasına nail oldum. Konfrans keçirilərkən qürur mənbəyimiz olan 3 rəngli bayrağımızda dalğalanırdı”.

Məlumat üçün bildirək ki, "Milana" hospital respublikada fəaliyyət göstərən böyük tibb mərkəzlərindən biridir. "Milana" hospital müasir tibb avadanlıqlar təmin olunub.
“Milana” hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu