Mehriban Əliyeva Əməkdar artistə mənzil bağışladı

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əməkdar artist Şəlalə Quliyevaya (Şahvələdqızı) mənzil bağışlayıb.


AzBaku.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ş.Quliyevanın özü məlumat verib.

“Göstərdiyi diqqətə və qayğıya görə, məni iki otaqlı mənzillə təmin etdiyi üçün Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm. Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemim olan evsizlik problemimi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə”, – deyə o, instaqram hesabında yazıb.