Əliməmməd Nuriyev “Bank of Baku”-nu yıxıb -sürüdü: “Tam özbaşınalıqdır” - VİDEO

27 sentyabr 2019-cu ll tarixdə Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev Azərbaycan Açıq Hökumət Platformasının Feysbuk səhifəsində yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanması prosesi, nəzərdə tutulan tədbirlər, vətəndaş cəmiyyətinin və vətəndaşların bu prosesdə iştirakı imkanları barədə canlı yayımda sualları cavablandırıb.

Canlı yayım vaxtı "Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov fərdi sahibkar kimi ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə bağladığı xidmət müqaviləsi üzrə vəsaitin Bank of Baku tərəfindən qanunsuz olaraq ona verilməməsini bildirib.
Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “Bank of Baku”nun bu addımını kəskin pisləyərək, qanunsuz olduğunu qeyd edib və bunu tam özbaşınalıq kimi qiymətləndirib.

QHT TV həmin videonu təqdim edir.