Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi aksiya ilə bağlı müraciətini cavablandırıb.
Reportyor.info xəbər verir ki, BŞİH Milli Şuranın piketinə icazə verib.
Piket oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Meriyanın inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçiriləcək.