SDU-da Beynəlxalq Müəllimlər Günü qeyd edildi

Oktyabrın 4-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.
Tədbiri rektor professor Elxan Hüseynov açaraq 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə kollektivi ürəkdən təbrik etdi, möhkəm cansağlığı, müqəddəs, şərəfli peşələrində uğurlar arzuladı. Qeyd etdi ki, müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, yüksək mənəvi-əxlaqi dəyərlərə malik insanlar yetişir. Məhz belə insanlar cəmiyyəti inkişaf etdirir, onu irəli aparır. Bu gün həyatımızın bütün sahələrində sürətlə inkişaf edən müstəqil ölkəmizin daha da gücləndirilməsində mühüm rol oynayan, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etdi. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürü olduğunu vurğuladı.Təhsil uğurlarında müəllimlərin əhəmiyyətli rolunu önə çəkən rektor onların çətin əməyinin hər cür alqışa və mükafata layiq olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universitetinin təhsildə qazandığı uğurlar məhz universitetdə çalışan müəllimlərin əməyi sayəsində ərsəyə gəlib.
Sonra universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə bir qrup müəllim universitet rəhbərliyi tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif olundular.
Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivi, “Səma” rəqs qrupu ilə yanaşı, Azərbaycan Respublikasının əməkdar artisti Arzu Əliyeva, tanınmış incəsənət xadimləri Aytən Məhərrəmova, Gülzar Fərəcova, Əlikram Bayramov, İzzət Bağırov və başqaları rəngarəng ifaları ilə müəllimləri təbrik etdilər.