Meksikada şəhər merini maşına bağlayıb küçələrdə sürüdülər - VİDEO

Meksikanın Las-Marqaritas şəhərinin meri Xorxe Eskandonu iplə maşına bağlayıb şəhər küçələrində sürüyüblər.


“Life” xəbər verir ki, bununla şəhər sakinləri merin işinə etirazını bildiriblər.

Şəhər rəhbəri yolları düzəldəcəyinə söz verib, lakin çox saylı xahişlərə baxmayaraq sözündən qaçıb.

Merin köməyinə gələn polis və əhali arasında toqquşma baş verib, nəticədə 11 nəfər xəsarət alıb, daha 30 insan saxlanılıb.

Şəhər rəhbərinə lazımi tibbi yardım göstərilib.