GENERALLARIN SON DÖYÜŞÜ

Son zamanlar Səfər Mehdiyevə media üzərindən savaş açılıb.
Əlbətdə ki, DGK sədri də “süddən çıxmış ağ qaşıq” deyil. Haqqında yazılanların əksəriyyəti doğrudur.
Sadəcə məlumatların bu qədər dəqiqliyi bu kompromat savaşı”nın arxasında kimlərin dayandığını ehtimal etməyə əsas verir.
Azerinfo.tv bunu araşdırıb. Hadisələri daha yaxşı anlamaq üçün bir qədər geriyə qayıdaq-2015-ci ilə.
Səfər Mehdiyev hələ 1-ci müavindir. Onun rəqibi isə...

1-CÜ MÜAVİNİN BACANAĞININ MAL-QARA MONOPOLİYASI


2014-cü ilin sonunda Prezident İlham Əliyev müşavirədə ölkədə dərmanların kəskin baha olmasından danışdı və elə orada da gömrük və digər qurumların rəhbərlərinə bu özbaşınalığı aradan qaldırmaq tapşırığı verdi. Bir neçə ay ərzində dərman bazarında ciddi dəişikliklər yaşandı. Qiymətlər xeyli aşağı salındı.
Ancaq məsələ bununla da bitmədi.
KİV-lər yazırdı ki, komitə üzərində dominatlıq edən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə 2015-ci ildə gömrük generallarının qeyri-rəsmi toplantısı olub. Orada gömrüyün «qara qutusu» sayılan Səfər Mehdiyevlə bağlı da kəskin mübahisə və müzakirə açılıb. Kəmaləddin Heydərov onu ayağa qaldıraraq çox kəskin danlayıb.
Səfər Mehdiyevin danlanması tamamı ilə haqlı olub. O və yaxınları da bir neçə sahə üzrə monopoliya yaradıblar. Konkret ölkəyə gətirilən ət məhsulları, bahalı kolbasalar, içki və digər məhsulların monopoliyası birbaşa 1-ci müavinin nəzarətində imiş. Bəzilərinin iddialarına görə, adıçəkilən məhsullar ölkəmizə əsasən onun bacanağının rəhbərlik etdiyi şirkətin razılığı ilə daxil olub. Qəribə səslənsə də, fakt budur ki, bəzi gömrük generalları və nüfuzlu şəxslər məhz sahibi olduqları şirkətlərin simasında belə monopoliya yaradırlar. Yəni monopolist şirkət razılıq verməsə, bir kəs ölkəyə bu məhsulları sərbəst gətirə bilməz. Təsəvvür edin ki, ölkəyə gətirilən hər diri baş mala görə monopolistlər 150-250 dollar arası pul alıblar. Bu məsələdə isə Səfər Mehdiyevin bacanağı əsas rol oynayıb. Yəni bacanağın razılığı ilə bu məbləğ alınmasa, ölkəyə heç kəs dövlət rüsumu almadan diri heyvan keçirə bilməzmiş. Bu məbləğə isə dövlətin rüsumları, baytarlıq xərcləri və sair daxil deyilmiş.


Gömrükdəki problemlər bununla da bitmir. Belə ki, Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən toplantıda belə aydın olub ki, elə onun adıyla da ölkəyə son bir ildə 100 milyon dolları aşan mal-material girib:
Yəni gömrük generalları bu malların Kəmaləddin Heydərova getdiyini «qara kitab»da qeyd edərək, buraxıblar. Ancaq bu qədər malın nazirə, nazriliyə və ya haraya göndərildiyi isə müəmma olaraq qalıb. Yəni gömrük generallarının nazirin adından da sui-istifadə edərək qazanc güddükləri aşkara çıxarılıb. Bu isə gömrükdəki qarşıdurmanı daha da şiddətləndirib.


YENİ “MÜHARİBƏ” BAŞLAYIR

S.Mehdiyevin belə gərgin vəziyyətlə üzləşməsində digər bir gömrük generalı – Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun da əvəzsiz rolu olub. O, bütün gücüylə 1-ci müavinin “sahəsi”ni də ələ keçirməyə çalışırdı.

Vüsal Novruzov sıradan gömrük genaralı və ya idarə rəisi deyildi. O, nazir Kəmaləddin Heydərova qeyri-rəsmi bağlı olan şirkətlərin mühasibatlığının da apardığından “əli daha güclü” sayılırdı. Hazırkı İqtisad Universitetinin məzunu olan gömrük generalı hər ay Qəbələyə şirkətlərin hesab-kitabını aparmaq üçün təşrif buyururdu. Onun xidməti bununla da bitmirdi. Vüsal Novruzov eyni zamanda Gömrük Komitəsində “yeni bir komitə” kimi fəaliyyət göstərirdi. Yəni onun bəzi gömrük generalları haqda kompromat toplaması və bunları hamisinə ötürməsi haqda da gömrükdə ciddi şübhə və narahatçılıqlar var idi.
Məlumat üçün bildirək ki, V.Novruzovun adı hələ 2011-ci ildə yumurta olayı zamanı dillər əzbəri olmuşdu. Belə ki, o zaman general Bəylər Əyyubovun inhisarında olan yumurtanın qiymətinin qaldırılması İlham Əliyevi bərk əsəbiləşdirmiş və ölkənin yumurta ilə təchizatını digər general Kəmaləddin Heydərova tapşırmışdı. Kəmaləddin Heydərov isə bu işin icrasını Vüsal Novruzova həvalə etmişdi. O zaman mediada yayılan məlumatlara istinadən Bakı Gömrük İdarəsinin şefi də Bəylər Əyyubova məxsus olduğu iddia edilən malları ölkəyə buraxmamışdı. Nəticədə Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov ağ rəngli “BMW X6″ markalı avtomobillə rəisə məxsus 10 AZ 720 dövlət nömrə nişanlı xidməti maşını saxlamış və maşında olan şəxsi döymüşdü. O zaman döyülən şəxsin Vüsal Növruzov olduğu öz təsdiqini tapmasa da olay ölkədə geniş rezonans doğurmuşdu.
Vüsal Növruzovun adı mediada digər bir məqamla bağlı da tez-tez hallanıb. Bu isə V.Novruzovun ölkədəki sement satışını monopoliyaya alması ilə bağlıdır.. Özü də o, bu işdə tək deyil. Onun bu işdəki əsas şəriki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevdir.
Oxuculara maraqlı olar ki, O.Hacıyev kimdir? O.Hacıyev FHN başçısının müavini təyin olunana qədər onu ölkədə çox az adam tanıyırdı. 90-cı illərin axırlarında bütün respublika üzrə qara metalın topdan alış məntəqələrini quran və 1999-cu ildən 2001-ci ilədək qara metal ixracının monopolisti olan O.Hacıyevin sonradan bu biznes sahəsində işləri nədənsə düz gətirməməyə başladı.Çünki həmin zamanlarda ölkədə qara metal idxal və ixracının kurasiyası tam olaraq Paolo Pərvizə həvalə edilmişdi. Qara metal işinin P.Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan O.Hacıyev bir müddət Azərbaycanı tərk etməli olur. Həmin illərdə Ukraynada yaşayan və burada özünə biznes quran O.Hacıyev bu ölkədən Azərbaycan və İrana qara dəmirdən istehsal olunmuş inşaat materialları ixrac edirdi. Nəhayət, 2006-cı ildə yenidən Azərbaycana qayıdan O.Hacıyev yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. Onun V.Novruzovla ortaq biznesi də elə bu andan başlayır. Belə ki, O.Hacıyev V.Novruzovla birgə qurduğu “Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar ki, tam mənada inhisara almağa başlamışdı.
Media üzərindən aparılan araşdırmalarda olaraq rastlaşdığımız məlumatlar sırasında gömrük generalının qumar həvəskarı olması da diqqət çəkir. Həmin məlumatda bildirilir: “Bakı Gömrük İdarəsinin rəisi qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedərək qumar oynayır və öz kefi üçün xərcləyir. Alınan məlumata görə, son gedişində o, 5 milyon dollar uduzub. Rəis uduzduğu pulun yarısını verdiyindən gürcülər tərəfindən təhdid edilib və qısa zaman kəsiyində ondan yerdə qalan pulun ödənilməsi tələb olunub”.
Lakin 2018-ci ildə Səfər Mehdiyevin nazir təyin olunması ilə bütün oyunlar bitdi. Az sonra Vüsal Novruzova qapını göstərdilər.
Görünən budur ki, indi savaş yenidən başlayır. Vüsal Novruzov və mövqüləri son 3 ildə tamamilə sarsılmış, “fövqəlnazir” statusu əlindən çıxmış Kəmaləddin Heydərov bir daha şanslarını sınayacaqlar.
Ardı var.
azerinfo.tv