İlham Əliyev icra başçısını təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qoca Çərkəz oğlu Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Qoca Çərkəz oğlu Səmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Qoca Çərkəz oğlu Səmədov Yevlax Rayon İcra Hakimiyyətinin başçısıdır.