Tanınmış rəqqasə və aktrisa Oksana Rəsulova həyat yoldaşı tərəfindən döyülməsindən danışıb.
AZXEBER.COM xəbər verir ki, Xəzər tv-də yayımlanan, "X maqazin” proqramında məşhur rəqqasə Oksana döyülməsini etiraf edib. O qadına əl qaldıran kişiləri kişi saymadığını bildirib:
"İlk dəfə günlərlə ağlayırdım, küsürdüm. Sonra qorxu hissi yarandı, ikinci dəfə evdən qaçdım, rəfiqəmin evinə sığındım. Birinci həyat yoldaşımdan belə zərbələr almışam. Bu da bizim boşanma səbəbimiz olub”.