Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə mütəmadi keçirilən görüşlərdən daha biri dünən- 24.10.2019 tarixində Yeni Günəşli qəsəbəsinin Yeni Günəşli yaylasında yaşayan sakinlərlə keçirilib.
Yeni Günəşli yaylasının 1-ci döngəsində keçirilən məhəlli görüşdə sakinlərin və ərazinin problemləri ilə maraqlanılıb, edilən müraciətlər və təkliflər dinlənilib.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, qaldırılan əsaslı məsələlər baxılması üçün qeydiyyata alınıb, əsassız olanlar barədə isə sakinlərə izahat verilib.
Bundan əlavə sakinlərlə milli və dövlətçilik maraqlarının qorunmasının və hər hansı separatçılığa qarşı mübarizədə dövlətin yanında olmanın vacibliyi ilə bağlı səmimi söhbətlər aparılıb.
Seçicilərlə bu şəkildə görüşün keçirilməsi sakinlər tərəfindən razılıqla qarşılanıb və millət vəkili tərəfindən onlara göstərilən bu diqqətə görə minnətdarlıqlarını bildiriblər.
H.Ələkbərovun verdiyi məlumatda bildirilir ki, görüşdə ərazidəki problemləmlərlə bağlı edilən əsaslı müraciətlər artıq deputatın nəzarətinə götürülüb və həlli istiqamətində müvafiq tədbirlər görüləcək.