Bakıda dəhşətli qətl: Boğazını kəsib quyuya atdılar

Bakının Xəzər rayonunda su quyusundan meyit tapılıb.


APA xəbər verir ki, meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

Belə ki, mərhum 32 yaşlı Həbibzadə Elvin Nazim oğlu təxminən 10 gün əvvəl Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsindən çıxıb və bir daha geri qayıtmayıb.

Onun həmin vaxtdan itkin düşdüyü hesab edilib.

Aparılan araşdırmalar zamanı isə E.Həbibzadənin bir tanışı tərəfindən öldürüldüyü dəqiqləşib.

Belə ki, tanışı Elvinə boğaz nahiyəsindən ölümcül xəsarət yetirib və onu dərin quyuya atıb. Nəticədə, E.Həbibzadə hadisə yerində keçinib.

Hazırda faktla əlaqədar istintaq araşdırmaları aparılır. Cinayəti törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığı bildirilir.