İki mikroavtobus toqquşdu: 7 ölü, 9 yaralı – FOTO + VİDEO

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Rusiyanın Altay əyalətində iki mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün yerli saatla 7.50 radələrində A-322 federal avtomagistralının 74-cü kilometrliyində Topçixinskiy və Kalmanskiy rayonlarının sərhədində qeydə alınıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü sürücü idarəetməsində olan “Nissan Presage” markalı mikroavtobusla əks zolağa çıxıb və qarşıdan gələn “Fiat Ducato” markalı mikroavtobusla toqquşub. Nəticədə 7 nəfər dünyasını dəyişib, daha 9 nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə ətrafda yerləşən xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.