Bakıda çuxura düşən şəxs xilas edilib

Bakının Yasamal rayonunda 1 nəfər çuxura düşərək köməksiz vəziyyətdə qalıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı dərinliyi 3 metr olan çuxurdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.