Ötən gecə Rusiyanın Leninqrad vilayətində 26 yaşlı usta 3 nəfəri öldürərək quyuya atıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən gün bir quyuda üzərində zorakılıq əlaməti olan 53 yaşlı kişi, 54 və 81 yaşlarında 2 qadın meyiti tapılıb. Qətldə onların evin təmiri üçün tutduqları 26 yaşlı usta şübhəli bilinir. Cinayəti törətdikdən sonra şübhəli şəxs hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanıb. Həmin şəxsin axtarışı aparılır.