Prezident İlham Əliyevin Şamaxıdakı 2 saylı tam orta məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı bildirdiyi iraddan sonra təhsil ocağında söküntü işlərinə başlanılıb.
Qafqazinfo xəbər verir ki, məktəbin şagirdləri və avadanlıqları köçürüldükdən sonra binanın daxili söküntüsünə başlanılıb.
Eyni zamanda, məktəb binasının ətrafı təhlükəsizlik tədbirləri məqsədilə hasarlanır. Bu işlər yekunlaşdıqdan sonra binanın ümumi söküntüsünə başlanılacaq.
Xatırladaq ki, ölkə başçısının məktəblə bağlı iradından sonra Baş Nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, Təhsil naziri Ceyhun Bayramov, Maliyyə naziri Samir Şərifov və Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Şamaxıya gedərək məktəbə baxış keçiriblər.
Şamaxı şəhər 2 saylı tam ortab məktəb binası üç mərtəbədən, iki korpusdan, 94 sinif otağından ibarət olub. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi 2005-ci ildə tikilib.
1000-dən məktəblinin təhsil aldığı elm ocağında siniflərin, tavan, döşəmə və divarları qəzalı vəziyyətə düşüb. Hazırda söküntüsü davam edən,məktəbin şagirdləri digər binada təhsillərini davam etdirirlər.