Bakıda dəmir arakəsməyə dırmanan "Range Rover"in sürücüsü xanım imiş - FOTO - VİDEO

Sağdan gələn avtomobil ilə toqquşub



Bir neçə gün əvvəl paytaxtın H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, yağışlı havada yolayrıcını keçmə qaydasını pozan "Range Rover" markalı avtomobil digər avtomobillə toqquşub. Daha sonra isə yolun kənarındakı dəmirə dırmaşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Avtosfer.az hadisənin görüntülərini əldə edib. Məlum olub ki, avtomobili idarə edən xanım sürücü olub.