Cəlil Məmmədquluzadənin nəticəsi: "Onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim"

"Ulu babam Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim".

AzBaku.org APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri bildirib.

İxtisasca mühəndis olduğunu deyən M.Cavanşiri ulu babasının vətəni Azərbaycana ilk dəfə gəldiyini və ölkəyə heyran qaldığını qeyd edib: "Azərbaycan həm müasir, həm də ənənələrə, mədəniyyətə bağlı ölkədir".