Abşeron rayonunda 2 aydan çoxdur ki, müəllimlərin maaşı verilmir.
AzBaku.info xəbər verir ki, müəllimlər Qafqazinfo-ya müraciətlərində bu barədə məlumat veriblər.
Onlar bildiriblər ki, dərs ili başlayandan müəllimlərin maaşları verilmir.
Məsələ ilə bağlı Abşeron Rayonu Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ilə əlaqə saxlanılıb. O bildirib ki, maaşların gecikdirilməsi tarifləşmə və dərs bölgüsünün təsdiqi məsələsi ilə bağlıdır: “Hazırda regional şöbə sənədləri yoxlayır. 2-3 günə maaşların verilməsi nəzərdə tutulub. Biz özümüz də narahatıq ki, müəllimlər əməkhaqqı almır.
Qeyd edək ki, Sumqayıt məktəblərində çalışan müəllimlərin də eyni problemlə üzləşdiyi bildirilir.