Rusiya Prezidenti Vladimir Putin noyabrın 22-də Rusiyada səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşəcək.
Bu barədə Kremlin mətbuat xidmətinə istinadən RİA Novosti xəbər yayıb.
“Putin Rusiyaya səfərə gələn Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşəcək”,-məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya paytaxtındakı Aleksandr bağında Naməlum Əsgər məzarını ziyarət edib.