Prezidentdən Ramiz Mehdiyevin xanımı və qızı ilə bağlı SƏRƏNCAM

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncamda qeyd edilir ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin əməkdaşları təltif edilsinlər.
Təltif edilənlər arasında Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı və qızı da var. Belə ki, R.Mehdiyevin həyat yoldaşı Mehdiyeva Qalina Yuryevna 3-cü dərəcəli “Əmək” ordeni ilə, qızı Əliyeva Kamilə isə “Tərəqqi” medalı ilə təltif olunublar.