Gəncə şəhərində bədbəxt hadisə nəticəsində üç uşaq anası dünyasını dəyişib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq vəfat edib.
Qadın bir neçə saat sonra olacaq yaxınlarından birinin toy məclisinə hazırlaşırmış.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.