“Neftçi”də daha bir qvineyalı futbolçu

“Neftçi” PFK baxışa daha bir futbolçu dəvət edib.


Az Baku.org xəbər verir ki, bu, qvineyalı Nabi Silladır.
21 yaşlı Silla hücumçudur. “Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koya” (2018/2019) klublarında çıxış edib.

Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Nabi Silla U-23-ün üzvüdür. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Xatırladaq ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.(oxu.az)