Şimali Osetiya – Alaniya Respublikasının Mazdok şəhərində - Açılış

24 noyabr 2019-cu il tarixdə Şimali Osetiya – Alaniya Respublikasının Mazdok şəhərində 2-ci Dünya Müharibəsində şəhərin müdafiəsində qəhrəmancasına həlak olmuş azərbaycanlıların əziz xatirəsinə ucaldılmış abidənin açılışı oldu.
Açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Baş Nazirin müavini Şahin Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam hacı Alllahşükür Paşazadə və s. Mazdok şəhərinə gəlmişdilər.
Nümayəndə heyətini Vladiqafqaz hava limanında Şimali Osetiya Respublikası “Azərbaycanlılar Konqresinin” fəxri prezidenti Şahin Məmmədov, konqresin sədri Murtuza Gülməmmədov, Konqresin mətbuat xidmətinin rəhbəri Elçin Şükür və s. qarşılamışdır
Şimali Osetiya – Alaniya Respublikasının Mazdok şəhərində - Açılış

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək, faşizmə qarşı döyüşlərdə həlak olanların ruhlarına Fatihə ehsan etdi.
...Budur, bu gün biz faşizmə qarşı döyüşlərdə həlak olanların xatirəsini anmaq üçün Şimali Osetiya torpağında toplaşmışıq. Əminəm ki, bu cür görüşlər təkcə mövcud qardaşlıq, dini əlaqələrin möhkəmlənməsinə deyil, həm də bu əlaqələrin xalqlarımızın, ümmətimizin rifahı naminə genişlənməsinə xidmət edəcək. Bizim həmrəyliyimiz faşizmə qarşı müharibədə həlak olmuş bütün insanların xatirəsinə gözəl töhfədir. Allah onların ruhunu şad eləsin! Şəhidlərimizin yeri cənnət olsun! Amin!
Şimali Osetiya – Alaniya Respublikasının Mazdok şəhərində - Açılış

Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev çıxış edərək dedi:
-İcazə verin, sizi ürəkdən salamlayım və Rusiya tərəfinə səmimi qəbula və bu tədbirin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığımı bildirim.
Azərbaycan Respublikası MDB çərçivəsində humanitar əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bu baxımdan ölkələrimizin mədəni dəyərlərinin və ortaq tarixi yaddaşımızın qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında Böyük Vətən müharibəsində həlak olanların xatirəsini əziz tuturlar və dövlət müharibə veteranlarına böyük qayğı göstərir. 9 May – Qələbə Günü Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunur.
Məlum olduğu kimi, 2020-ci il Müstəqil Dövlətlər Birliyində 1941-1945-ci illər Böyük Vətən müharibəsində “Qələbənin 75 illiyi” elan edilib. Bu baxımdan bugünkü tədbirin keçirilməsi Azərbaycan tərəfi üçün xüsusi əhəmiyyətə malikdir.
Faşist Almaniyasının Şimali və Cənubi Qafqazın, o cümlədən Bakının neft mədənlərinin ələ keçirilməsi üzrə “Edelveys” planı var idi. Bakı nefti olmadan sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqdan məhrum ola bilərdi...
Çıxışımın sonunda faşist Almaniyası üzərində Qələbədə Rusiya və Azərbaycanın birgə səylərinin əhəmiyyətini bir daha qeyd etmək, bunun xalqlarımızın birgə mübarizəsinin və sarsılmaz dostluğunun şərəfli dövrü olduğunu xüsusi vurğulamaq istəyirəm. Barışmaz düşmənlə döyüşlərdə göstərilmiş və möhkəmlənmiş bu hisslər əsrlərboyu yaşayacaq
Şimali Osetiya – Alaniya Respublikasının Mazdok şəhərində - Açılış

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək dedi:
-Əvvəlcə, 223-cü Azərbaycan atıcı diviziyasının xatirəsinə həsr olunmuş bugünkü tədbirdə iştirakınıza görə hamınıza təşəkkür etmək istərdim. Həmçinin bu bərəkətli torpaqda olduğumuz ilk dəqiqələrdən bizə göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə Şimali Osetiya – Alaniya Respublikasının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Bizi əlamətdar hadisə - Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümündən cəmi yarım il ayırır. Həmin illərin qəhrəmanlıq hadisələri əvvəlki kimi yaddaşlardan silinmir. Əksinə, atalarımızın və babalarımızın faşist Almaniyası ilə amansız döyüşlərdə göstərdikləri igidliyə görə qürur hissi ildən-ilə güclənir. Bu müharibədə Sovet İttifaqının başqa millətlərinin nümayəndələri kimi, azərbaycanlılar da öz ölkələrinin müdafiəsinə qalxdılar və təcavüzkarın darmadağın edilməsinə layiqli töhfələrini verdilər. Bizim əsgər və zabitlərimiz demək olar ki, bütün cəbhələrdə, o cümlədən Şimali Osetiyanın müdafiəsində rəşadətlə döyüşüblər. 1942-ci ilin ikinci yarısında məhz burada 223-cü atıcı diviziyanın da iştirak etdiyi qanlı döyüşlər başlayıb. Diviziya 86 faizinin azərbaycanlılar olduğu əsgər və zabitlərinin böyük bir hissəsini Şimali Qafqazın müdafiəsi uğrunda döyüşlərdə itirib. Yeri gəlmişkən, onların əksəriyyətinin 20 yaşı da olmayıb. Böyük Vətən müharibəsində həlak olmuş bütün döyüşçülərin ruhu şad olsun.
Müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri olub. Sevindirici haldır ki, ikitərəfli əlaqələrimiz bütün istiqamətlərdə - siyasətdən humanitar sahəyədək inkişaf edir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi-ticari və mədəni sahələrdə uğurlu qarşılıqlı fəaliyyət göstəririk, energetika və nəqliyyat sektorlarında birgə layihələr həyata keçiririk. Regionlararası əməkdaşlıq da ildən-ilə inkişaf edir.
Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən dəstəyi ilə Vladiqafqazda XX əsrin böyük neft sənayeçisi və mesenatı Murtuza Muxtarovun inşa etdirdiyi məscid bərpa olunub. Qeyd etmək xoşdur ki, bizim ənənəvi dostluğumuzun və qardaşlığımızın təcəssümü olan bu memarlıq incisi Şimali Osetiyanın mədəni-mənəvi mərkəzlərindən biridir.
Anım tədbirində çıxış edən digər natiqlər də Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında xalqımızın rolundan danışıblar. Bildirilib ki, müharibə zamanı 223-cü diviziya böyük qəhrəmanlıq yolu keçib, düşmənə ağır zərbələr vurub. Müharibədə həyati əhəmiyyətli neft məhsullarının – benzinin 80 faizi, motor yağlarının 90 faizi məhz Azərbaycanın payına düşürdü. Bu isə Azərbaycanın Qələbənin qazanılmasında rolunun bariz nümunəsidir.
Sonda Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresinin” fəxri Prezidenti Sahin Mammədov yekun nitqi söyləyərək xaricdə yaşayan soydaşlarla qurulan münasibətlər, onların həyata keçirdikləri layihələrin Dövlət Komitəsi tərəfindən dəstəklənməsi barədə ətraflı məlumat verib həm tədbirin təşkilatçılarına , həm də qonaqlara öz təşəkkürünü bildirdi. 2-ci Dünya Müharibəsində Mazdok şəhərinin müdafiəsində qəhrəmancasına həlak olmuş azərbaycanlıların əziz xatirəsinə ucaldılmış abidənin önünə əklillər və çələnglər qoyuldu.

Şimali Osetiya – Alaniya Respublikasının Mazdok şəhərində - Açılış
Şimali Osetiya – Alaniya Respublikasının Mazdok şəhərində - Açılış
25 noyabr 2019-cu il tarixdə Şimali Osetiya – Alaniya Respublikasında Müsəlman Ruhani İdarəsinin yaranmasının 25 illiyinə həsr edilmiş tədbir keçirildi.
Şimali Osetiya – Alaniya Respublikasının Mazdok şəhərində - Açılış



Tədbir iştirakçıları Vladiqafqaz şəhərində Şimali Osetiya - Alaniya Respublikasının qədim tarixini əks etdirən muzeyə ekskursiya etdilər. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Alllahşükür Paşazadə muzeyin xatirə kitabına öz ürək sözlərini qeyd etdi.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Alllahşükür Paşazadə iştirak edirdilər.Tədbir Şimali Osetiya dövlət Rus Dram teatırında keçirildi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Alllahşükür Paşazadə çıxış etdi. Və möhtərəm Prezidentimuz İlham Əliyev cənablarının təbriklərini Şimali Osetiya – Alaniya Respublikasının rəsmilərinə çatdırdı.
Şimali Osetiya – Alaniya Respublikasının Mazdok şəhərində - Açılış

Tədbirdə hər iki xalqın tarixi dostluğundan danışan Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı tərəfindən göndərilmiş hədiyyələri Şimali Osetiya – Alaniya Respublikasının muftisi Hacı Murat Qatsalova təqdim etdi.
Hazırladı: Elçin ŞÜKÜR,
Şimali Osetiya “Azərbaycanlılar Konqresinin”
mətbuat xidmətinin rəhbəri