Bu dəfə Paşinyanın arvadı həddini aşdı – Mehriban Əliyevaya qarşı

Mehriban Əliyevanın Telegram hesabında Qarabağda muğam dinləmək arzusu ilə bağlı fikirlərin paylaşılması bir neçə gündür ki, Ermənistanda müzakirə olunur
.

Azərbaycan 24 xəbər verir ki, mövzuya Paşinyanın arvadı Anna Hakopyan da qoşulub:

’Mehriban Əliyevanın belə bir arzusu varsa, mən onu Qarabağa qonaq dəvət edirəm. Biz ermənilər qonağı qəbul etmək və ağırlamağı çox gözəl bilirik. O bizim qonağımız ola və sevimli muğamına Qarabağda qulaq asa bilər..Yox əgər Mehriban Əliyeva Qarabağı müharibə ilə ələ keçirib, burada muğam dinləmək istəyirsə, onun arzusu ürəyində qalacaq. Onlar yeni müharibəyə başlasa, muğam dinləməyi xəyal edəcəkləri başqa məntəqələr də olacaq. Bilmirəm Mehriban Əliyeva bunu öz adından ya xalqının adından istəyir, amma hər halda bu arzunun yeganə reallaşma yolu Arsax’la dostluq və sülh münasibətləri qurmaq və qonaq kimi qarşılıqlı səfərlər etmək ola bilər.”

Avropada yüz illərlə düşmən münasibətdə olan ölkələrin bu gün sərhədlərsiz yaşadığını deyən Anna niyə biz də bunu etməyək deyə ritorik sual ünvnlayıb. O, Azərbaycanı siyasi iradə nümayiş etdirməyə və müharibəyə düşkünlükdən xilas olmağa çağırıb, savaşın heç nəyi həll etməyəcəyini deyib.

Dəvət məsələsində ciddi olduğunu söyləyən Anna, Mehriban Əliyevanın dəvəti ilə özünün də Bakıya səfər etmək istədiyini riyakarcasına dilə gətirib.