Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk dövrəsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, bu gün XIV turun son üç qarşılaşması baş tutub.
“Zirə” “Səbail”lə ev oyununda darmadağına sevinib – 4:1.
“Sumqayıt” isə “Qəbələ”ni qəbul edib. Qonaqların matçı 9 nəfərlə başa vurmasına baxmayaraq, oyun heç-heçə bitib.
Son qarşılaşmada isə “Sabah” və “Neftçi” münasibətlərinə aydınlıq gətiriblər. “Ağ-qaralar” bu oyunda inamlı qələbəyə sevinib – 2:0.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Keşlə” ilə heç-heçəyə razılaşmışdı – 2:2.